"Borussiya" Portuqaliya millisinin üzvünü transfer edir
13.01.2025 - 14:53
"Borussiya" Portuqaliya millisinin üzvünü transfer edir

"Çelsi" və Portuqaliya millisinin üzvü Renato Veyqa qışda iş yerini dəyişməyə yaxındır. 

Apasport.az "A Bola"ya istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Borussiya"(Dortmund) klubuna keçməyə hazırlaşır.

Artıq tərəflər arasında danışıqlar başlayıb. 

"Zadəganlar" 21 yaşlı futbolçu üçün 20 milyon funt sterlinq təzminat tələb edir. Dortmund klubu isə Veyqa üçün lazımı məbləği ödəməyə hazırdır. 

Portuqaliya millisinin üzvü "Sportinq", "Auqsburq", "Bazel"də oynadıqdan sonra 2024-cü ildə "Çelsi"yə keçib.

0