"Borussiya" - PSJ matçının ən yaxşısı seçildi
02.05.2024 - 11:13
"Borussiya" - PSJ matçının ən yaxşısı seçildi

Dortmund "Borussiya"sının müdafiəçisi Mats Hummels Çempionlar Liqasının yarımfinalının PSJ-yə qarşı ilk oyununda ən yaxşı oyunçu kimi tanınıb (1:0).

Apasport.az xəbər verir ki, oyundan sonra ona xatirə mükafatı təqdim olunub.

“O, həm topla, həm də topsuz əla idi. O, öz keyfiyyətlərini, təcrübəsini və xüsusən də liderlik qabiliyyətini nümayiş etdirdi", - deyə UEFA texniki müşahidəçilər qrupu bildirib.

Qeyd edək ki, cütlər arasında cavab oyunu mayın 7-də Parisin "Park des Princes" stadionunda keçiriləcək.

0