Brahim Diaz "Real Madrid"lə bağlı qərar verib
03.07.2024 - 17:35
Brahim Diaz "Real Madrid"lə bağlı qərar verib

"Real Madrid"in hücumameyilli yarımmüdafiəçisi Brahim Diaz gələcəyi ilə bağlı qərar verib. 

Apasport.az xəbər verir ki, futbolçu növbəti mövsümdə də “Real”da çıxış edəcək.

24 yaşlı futbolçu üçün İngiltərə, İtaliya və Səudiyyə Ərəbistanından çoxsaylı təkliflər var idi. 

Bununla belə, mərakeşli futbolçu ötən mövsümlə müqayisədə növbəti sezonda “Real Madrid”də daha çox forma şansı qazanacağına əmindir. Kilian Mbappe və Endrikin “kral klubu”na qoşulması onu narahat etmir. 

Qeyd edək ki, Brahim Diazın “Real Madrid”lə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
 

0