Braziliyalı futbolçu “Betis”də qala bilər
20.03.2025 - 16:57
İspaniya La Liqası təmsilçilərindən "Real Betis" braziliyalı hücumçu Antonini daha bir mövsüm icarəyə götürməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda bununla bağlı "Mançester Yunayted"lə danışıqlar aparılacaq.
İspaniya təmsilçisi 25 yaşlı futbolçunun maaşının böyük bir hissəsini öz üzərinə götürməyə hazırdır.
"Qırmızı şeytanlar" isə yayda Antonini sataraq, transfer büdcəsi təşkil etmək niyyətindədir.
Qeyd edək ki, yanvardan icarə əsasında "Betis"də oynayan braziliyalı meydana çıxdığı 11 oyunda 4 qol, 4 assistlə yadda qalıb.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0