“Bu kluba bir qəpik də verməmisən” - VİDEO
26.04.2025 - 16:57
“Bu kluba bir qəpik də verməmisən” - VİDEO

İstanbulda hazırda "Fənərbaxça" klubunun konqresi keçirilir. 

Apasport.az xəbər verir ki, klubun və Türkiyə milli komandasının sabiq futbolçularından Ümit Özat ilə komandanın keçmiş rəhbərlərindən Hakan Bilal Kutlualp arasında gərginlik yaşanıb.

İkili yan-yana gəldikləri anda aralarında mübahisə baş verib.

Ümit Özat, “Azarkeşlər bizim sayəmizdə "Fənərbaxça"lı olurlar, sənə görə yox. Bu klubda sən futbol oynamısan? Bu kluba bir qəpik də verməmisən” deyərək etirazını bildirib. Hakan Bilal Kutlualp isə “Sən də oynamısan və maaşını almısan" deyib.

Bu sözlərdən sonra Ümit Özat bir daha reaksiya verərək, “Can Bartu pul almamışdı? Nə danışırsan? Alex də almamışdı pulunu?” dedi.

Qeyd edək ki, bir müddət sonra, iki tərəf ətrafdakıların müdaxiləsi ilə mübahisəni dayandırıb.