[b]“Bu mövqeni gücləndirməliyik” - Valverde[/b]
29.07.2018 - 00:46
[b]“Bu mövqeni gücləndirməliyik” - Valverde[/b]

“Barselona”nın baş məşqçisi Ernesto Valverde daha bir neçə transfer edəcəklərini açıqlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, bunu Los-Anceles toplanışı zamanı bildirib.

 

Valverde bildirib ki, xüsusən də, yarımmüdafiə xəttini gücləndirməyə ehtiyacları var: “Biz hər imkanı dəyərləndirməyə çalışırıq. Bilirsiniz ki, orta sahədə itkilərimiz oldu. Bu üzdən də “transfer pəncərəsi”nin sonuna qədər bu mövqeni gücləndirmək üçün əlimizdən gələni edəcəyik. İnyesta və Paulinyo kimi oyunçular ayrıldı. Ən rəqabətli komanda qurmağa çalışırıq”.

 

Qeyd edək ki, “Barselona” yay fasiləsində Klemen Lenqle, Artur və Malkomu transfer edib.

0