Bundesliqa klubu baş məşqçisi ilə yollarını ayırıb
02.12.2025 - 15:58
Bundesliqa klubu "Auqusburq" baş məşqçisi Sandro Vaqnerlə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.
Komanda 2025-ci ildəki son 3 matçına Manuel Baumun rəhbərliyi altında çıxacaq.
Qeyd edək ki, Vaqner bu ilin yayından komandanı çalışdırırdı.
0
0