Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda icarə əsasında "Borussiya"da çıxış edən Daniel Svenssonu transfer etmək istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Almaniya klubu isveçli sol cinah müdafiəçisinin transfer hüququna yiyələnmək fikrində deyil. Svensson mövsüm başa çatdıqdan sonra müqavilə ilə məxsus olduğu "Norşelland"a qayıdacaq.
Mənbənin məlumatına görə,"Beşiktaş" yayda 23 yaşlı futbolçu üçün Danimarka klubu ilə danışıqlara başlamaq istəyir.
Qeyd edək ki, "Borussiya" Daniel Svenssonu bu ilin fevral ayında icarəyə götürüb. İsveç millisinin üzvü Dortmund təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb. Onun "Norşelland"la müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI