Türkiyə millisinin təcrübəli kapitanı Hakan Çalhanoğlu "ay-ulduzlu" forma ilə ən çox qol vuran futbolçular siyahısında 4-cü sıraya yüksəlib.
Apasport.az xəbər verir ki, Çalhanoğlu UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda Macarıstana vurduğu penalti ilə millinin heyətində vurduğu qolların sayını 21-ə çatdırıb.
6 sentyabr 2013-cü ildə ilk dəfə geyindiyi milli forma ilə 97 matça çıxan 31 yaşlı yarımmüdafiəçi siyahının 4-cü pilləsində yer alan Lefter Küçükandonyadis və Cenk Tosuna çatıb.
Milli komandanın tarixində ən çox qol vuran futbolçuların siyahısında isə 51 qolla Hakan Şükür birinci yerdədir. Burak Yılmaz 31 qolla reytinqdə ikinci, Tuncay Şanlı isə 22 qolla üçüncüdür.
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək