“Çelsi” “Barselona”ya çatdı
02.12.2022 - 09:29
“Çelsi” “Barselona”ya çatdı

DÇ-2022-də daha çox futbolçusu qol vuran klubların siyahısında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, “Çelsi” Qətərdəki mundialın rekordunu təkrarlayıb.

İngiltərə klubunun 5 üzvü qol sevinci yaşayıb. Bunlar Kay Haverts (Almaniya), Kalidu Kulibali (Seneqal), Kristian Pulişiç (ABŞ), Rahim Sterlinq (İnglltərə) və Hakim Ziyeşdir (Mərakeş).

Bununla da “Çelsi” “Barselona”ya çatıb. İspaniya nəhənginin də 5 üzvü Qətərdə qol vurub.

0