[b]“Çelsi” futbolçusunu İtaliyaya göndərdi[/b]
01.07.2018 - 01:47
“Çelsi”nin futbolçusu Mario Paşaliç karyerasını yenidən İtaliyada davam etdirəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi “Fiorentina”ya keçib.
Ötən mövsümü icarə əsasında Moskva “Spartak”ında keçirən 23 yaşlı oyunçu artıq ruslara lazım deyil. “Çelsi” isə oyun praktikası toplaması üçün Xorvatiya millisinin üzvünü birillik “Fiorentina”ya icarəyə verib.
Qeyd edək ki, Mario Paşaliç 2016-17 mövsümünü icarə əsasında “Milan”da keçirib. O, 2014-cü ildən “Çelsi”yə məxsus olsa da, “zadəganlar”ın heyətində hələ meydana çıxmayıb.
0
0