"Çelsi" "Real"ın qapıçısını almaq istəyir
18.01.2026 - 14:46
"Çelsi" "Real"ın qapıçısını almaq istəyir

Londonun "Çelsi" klubu qapıçı xəttini gücləndirmək üçün transfer bazarında fəallığını artırıb.

Apasport.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, “təqaüdçülər” "Real Madrid"in qapıçısı Andrey Luninlə maraqlanır.

Məlumata görə, London təmsilçisi 26 yaşlı qolkiperin transferini yaxın müddətdə yekunlaşdırmaq niyyətindədir. Lunin özü də bu keçidə maraq göstərir. Buna səbəb onun Madrid klubunda əsas heyətdə möhkəmlənməkdə çətinlik çəkməsi və belçikalı qapıçı Tibo Kurtua ilə rəqabətdə geri qalmasıdır.

Qeyd edək ki, ukraynalı futbolçu 2018-ci ilin yayında Madrid təmsilçisinə qoşulub. Onun “Los Blankos”la mövcud müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Transfermarkt portalına əsasən, Luninin hazırkı bazar dəyəri 15 milyon avro təşkil edir.