[b]"Çelsi" Rusiya millisinin üzvünə elçi düşüb[/b]
27.06.2018 - 13:37
MOİK-in yarımmüdafiəçisi Aleksandr Qolovin karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının “İtapress”ə istinadən məlumatına görə, “Çelsi” onun xidmətində maraqlıdı.
“Zadəganlar” 22 yaşlı oyunçu müqabilində 23 milyon avro təklif edib. MOİK tərəfi hazırda təklif barədə düşünür.
Daha öncə Qolovinin “Yuventus”a keçəcəyi barədə xəbərlər yayılmışdı. “Qoca sinyora” ona görə klubuna 19 milyon avro təklif etmişdi.
0
0