[b]“Çelsi” yeni baş məşqçisini bu həftə açıqlayacaq[/b]
02.07.2018 - 11:18
“Napoli”nin sabiq baş məşqçisi Mauritsio Sarrinin “Çelsi”yə keçidi rəsmiləşmək üzrədi. Apasport.az saytının “Guardian”a istinadən məlumatına görə, “zadəganlar” italiyalı mütəxəssisin təyinatını iyulun 9-na kimi açıqlayacaqlar.
Sözügedən tarixdə “mavilər”in dünya çempionatında iştirak etməyən futbolçuları məzuniyyətdən qayıdacaqlar və yeni mövsüm hazırlıqları başlayacaq.
Antonio Kontenin komandanın mövsüm öncəsi hazırlıq planını tərtib etməsinə baxmayaraq, Mauritsio Sarrinin “Çelsi”nin başına keçəcəyi bildirilir.
0
0