"Çelsi" yeni hücumçu ilə müqavilə imzalayır
11.06.2024 - 12:24

Premyer Liqa təmsilçilərindən "Kristal Palas"ın yarımmüdafiəçisi Maykl Olise İngiltərənin başqa komandasına keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Givemesport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Londonun “Çelsi” klubu futbolçu ilə danışıqlar aparıb. Tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, Olisenin transfer qiyməti 55 milyon avro olaraq qiymətləndirilir.
İngiltərə Premyer Liqasının son mövsümündə Maykl 19 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. 22 yaşlı fransızın "Kristal Palas"la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
- "Səbail"in kapitanı: "Gələcək barəsində nəsə demək çətindir"
- "Fənərbaxça"da gözlənilməz qərar: 10-a yaxın futbolçu ilə yollar ayrılır
- “Qarabağ”ın məşqçisi UEFA kursunda təlimatçı kimi çıxış edib
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
0
0