"Çelsi"nin futbolçusu "Napoli"nin radarına düşüb
08.06.2025 - 14:56
“Çelsi”nin müdafiəçisi Trevo Çaloba karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Son mövsümdə A Seriyasının çempionu olan “Napoli” 25 yaşlı oyunçunun transferində maraqlıdır. Komandanın baş məşqçisi Antonio Konte Çalobanın xidmətində şəxsən maraqlıdır.
İngiltərəli futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir. O, 2024/25 mövsümündə 33 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0