“Çelsi”nin gözü “İnter”də
05.12.2022 - 15:01
“Çelsi”nin gözü “İnter”də

“İnter”in futbolçusu Nikolo Barella karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, italiyalı yarımmüdafiəçi “Çelsi”nin hədəfinə düşüb.

London klubunun rəhbərliyi 25 yaşlı futbolçunu yayda heyətində görmək istəyir. Həmin vaxt Jorjinyo və Nqolo Kante komandadan gedəcəyindən yarımmüdafiə xəttinə yeni simaların gətirilməsi zəruridir.

“İnter” Barella üçün 80 milyon avro istəyir. “Çelsi” az vəsait ödəmək üçün milanlılara icarəyə verdiyi Romelu Lukaunu da verməyə hazırdır.

Qeyd edək ki, Nikolo 2020-ci ildə “Kalyari”dən “İnter”ə keçib.
 

0