"Çelsi"nin hücumçu planı
18.02.2024 - 11:59
"Çelsi"nin hücumçu planı

“Çelsi”nin yayda heyətə cəlb etmək istədiyi ilk futbolçunun kimliyi bəlli olub.

Apasport.az xəbər verri ki, London klubu "Brentford"un hücumçusu İvan Toneyə elçi düşüb.

Mərc oyunlarında iştirakda günahlandırılaraq futboldan uzaqlaşdırılan 27 yaşlı forvard meydanlara qayıtdıqdan sonra məhsuldarlığına davam edir. Belə ki, cəzadan sonra 5 matçda iştirak edən ingilis futbolçu 4 qolla yadda qalıb. Oyunçunun çıxışını diqqətlə izləyən “zadəganlar”ın nümayəndələri mövsümün sonunda Toneyi heyətə cəlb etməyə çalışacaqlar.

Qeyd edək ki, 2020-ci ildən “Brentford”un şərəfini qoruyan istedadlı hücumçunun Premyer Liqa klubu ilə razılaşması 2025-ci ilə kimi nəzərdə tutulub.

0