"Çelsi"nin hücumçusu Premyer Liqa tarixində 200-cü het-trikə imza atıb
07.04.2024 - 14:58
"Çelsi"nin hücumçusu Premyer Liqa tarixində 200-cü het-trikə imza atıb

"Çelsi"nin hücumçusu Koul Palmer "Mançester Yunayted"ə qarşı het-trik edib.

Apasport.az xəbər verir ki, bu, 1992-ci ildən bəri İngiltərə Premyer Liqası tarixində 200-cü het-trik olub.

1992/93-cü ildə Premyer Liqada het-trik edən ilk şəxs "Mançester Yunayted"in məşhur fransız futbolçusu Erik Kantona olub. Maykl Ouen 1998-ci ildə Premyer Liqada 50-ci, 2008-ci ildə isə Con Karu 100-cü het-trikə imza atdı. Nəhayət, 16 il sonra Koul Palmer İngiltərə Premyer Liqası tarixində 200-cü het-triklə yadda qalıb. 

0