“Çelsi”nin sabiq üzvü Rumıniya klubunda - RƏSMİ
04.09.2025 - 10:18
“Çelsi”nin sabiq futbolçusu Kurt Zumanın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, futbolçu karyerasını Rumıniyada davam etdirəcək.
30 yaşlı müdafiəçi ÇFR-ə transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, fransalı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kurt Zumanın son klubu İngiltərənin "Vest Hem" komandası olub.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0