“Çelsi”nin yarımmüdafiəçisi mövsümü başa vurdu
25.04.2024 - 13:59
“Çelsi”nin yarımmüdafiəçisi mövsümü başa vurdu

İngiltərə Premyer Liqa təmsilçisi olan “Çelsi”nin futbolçusu Enzo Fernandes əməliyyat olunacaq.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi qasıq yırtığındakı zədə səbəbi ilə əməliyyat keçirəcək. 

Bu əməliyyata görə Fernandes bütün mövsümü buraxmalı olacaq.

Qeyd edək ki, argentinalı futbolçu Amerika Kubokunu buraxmamaq üçün yaxın zamanda əməliyyat olunmağı qəbul edib. 

0