“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəyi qarşılaşma yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Albaniyanın “Kukesi” klubu ilə görüş Azərbaycan təmsilçilərinin Çempionlar Liqasında 70-ci matçı kimi tarixə düşəcək.
Belə ki, klublarımız qitənin ən nüfuzlu klub turnirində indiyədək 69 matç keçirib. Azərbaycan çempionları bu yarışda 1997-ci ildə debüt edib.
21 il əvvəl iyulun 23-də baş tutan “Neftçi” – “Vidzev” matçından (0:2) indiyədək ölkəmizin 7 komandası Çempionlar Liqasında qüvvəsini sınayıb. “Qarabağ” 27, “Neftçi” 18, “Bakı”, “İnter” (indiki “Keşlə”) və “Şəmkir” hərəyə 6, “Kəpəz” 4, “Xəzər Lənkəran” 2 qarşılaşmada meydana çıxıb.
Baş tutan 69 matçda Azərbaycan klubları 20 dəfə qalib gəlib. Hesabında 21 heç-heçə edən komandalarımız 28 dəfə uduzub. Rəqib qapılarına 61 dəfə yol tapan futbolçularımız 92 qola üzülüb.
Qeyd edək ki, “Qarabağ” – “Kukesi” matçı avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu