[b]Çempionlar Liqasında ilkin mərhələnin qalibi müəyyənləşdi [/b]
30.06.2018 - 10:07
[b]Çempionlar Liqasında ilkin mərhələnin qalibi müəyyənləşdi
[/b]

Çempionlar Liqasında ilkin mərhələyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Cəbəllütariqin “Viktoriya” stadionunda təşkil olunan raundun final matçında yerli “Linkoln”la Kosovo çempionu “Drita” üz-üzə gəlib.

 

Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşün əlavə yarımsaatı kosovoluların xeyrinə olub. Balkanlılar 3 qol vuraraq böyükhesablı qələbə qazanıb – 4:1.

 

Beləliklə, “Drita” I təsnifat mərhələsinə yüksəlib və burada İsveç “Malmö”sü ilə qarşılaşacaq. “Linkoln” isə Avropa Liqasının II təsnifat mərhələsinin Çempionlar yolunda “Şkendiya” (Makedoniya) – TNS (Uels) cütünün məğlubu ilə qarşılaşacaq.

 

Çempionlar Liqası

İlkin mərhələ, final

29 iyun

“Linkoln” (Cəbəllütariq) – “Drita” (Kosovo) – 1:4

Korral, 61 – Leçi, 2, 105+3 (pen.), Şabani, 120, Neziray, 120+4