[b]Çempionların təsnifat mübarizəsi start götürür [/b]
09.07.2018 - 10:22
[b]Çempionların təsnifat mübarizəsi start götürür

[/b]

Sabah Çempionlar Liqasında 2018/19 mövsümünün təsnifat mərhələlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, turnirin ən zəif çempionlarının qatıldığı ilkin mərhələni saymasaq, Avropanın ən nüfuzlu klub turnirində 64-cü mövsüm başlayacaq.

 

I təsnifat mərhələsində qitənin 32 ölkəsinin çempionu mübarizə aparacaq. Onlardan biri – Kosovo “Drita”sı ilkin mərhələnin qalibidirsə, digərləri mübarizəyə bu raunddan qoşulacaq.

 

Bu komandaların təşkil etdiyi 16 cüt ilk oyunlar çərçivəsində iki gün mübarizə aparacaq. 8 görüş sabah, 8-i isə iyulun 11-də baş tutacaq. Mərhələ Estoniya və Gürcüstandakı matçlarla başlayacaq. Azərbaycan çempionu “Qarabağ” mərhələnin ikinci günü meydana çıxacaq. Təmsilçimiz Sloveniyada “Olimpiya”nın qonağı olacaq.

 

Çempionlar Liqası

I təsnifat  mərhələsi, ilk oyunıar

10 iyul 

19:30. “Flora” (Estoniya) - “Hapoel” (Beyer-Şeva, İsrail)

19:30. “Torpedo” (Kutaisi, Gürcüstan) - “Şerif” (Moldova)

20:00. “Düdelanj” (Lüksemburq) - “Videoton” (Macarıstan)

20:00. “Alaşkert” (Ermənistan) - “Seltik” (Şotlandiya)

22:00. “Vikinqur” (Farer adaları) - HİK (Finlandiya)

22:15. “Şkendiya” (Makedoniya) - TNS (Uels)

22:45. “Drita” (Kosovo) - “Malmö” (İsveç)

22:45. “Kork Siti” (İrlandiya) - “Legiya” (Polşa)

11 iyul

18:00. “Astana” (Qazaxıstan) - “Sutyeska” (Monteneqro)

20:00. “Spartak” (Slovakiya) - “Zrinski” (Bosniya və Herseqovina)

20:00. “Spartak” (Latviya) - “Srvena Zvezda” (Serbiya)

20:00. “Suduva” (Litva) - APOEL (Kipr)

21:00. “Lüdoqorets” (Bolqarıstan) - “Kruzaders” (Şimali İrlandiya)

21:00. “Kukesi” (Albaniya) - “Valletta” (Malta)

22:00. “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan)

00:00. “Valyur” (İslandiya) - “Rusenborq” (Norveç)

 

0