AVRO-2032: İtaliya Türkiyəyə rəqib oldu
03.05.2022 - 13:22
İtaliya AVRO-2032-yə ev sahibliyi etmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, pireneylilər yarışı qəbul etməyə əsas namizəd sayılır.
Həm 2028-ci, həm 2032-ci ildə təşkil ediləcək yarışa namizədliyini verən Rusiyanın sifarişi qəbul olunmayıb. Bu da İtaliyanın şanslarını xeyli artırıb.
Pireneylilərin yeganə rəqibi iki turnir üçün müraciət edən Türkiyədir. UEFA turnirin ev sahibini 2023-cü ilin sentyabrında açıqlayacaq.
Qeyd edək ki, İtaliya 1968-ci və 1980-ci illərdə qitə çempionatının ev sahibi olub.
0
0