Azərbaycan millisinin futbolçusu: “Yetkin kişilərin ağladığını görmək inanılmazdır”
02.05.2022 - 10:14
Azərbaycan millisinin futbolçusu: “Yetkin kişilərin ağladığını görmək inanılmazdır”

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Aue” klubu Bundesliqa II-ni tərk edib.

Apasport.az saytının məlumatına görə, XXXII turda “Darmştadt”a 0:6 hesabı ilə məğlub olan komandanın III liqaya yuvarlanacağı dəqiqləşib.

Qarşılaşmanın ardından Almaniya mətbuatına açıqlamasında çıxışlarını dəyərləndirən Nazarov buna layiq olduqlarını etiraf edib: “Çox incidir. Bu, mənim ilk enişimdir. Amma buna tam layiqik. 32 oyunda 23 xal toplayırsınızsa, aşağı liqaya düşməyə layiqsiniz. Yetkin kişilərin ağladığını görmək inanılmazdır”.

Qeyd edək ki, “Aue” sona 2 tur qalmış 18 komanda arasında 17-ci pillədə qərarlaşıb və “İnqolştadt”la birlikdə aşağı liqaya yuvarlanıb.