DÇ-2022: Qrup mərhələsinin səbətləri müəyyənləşdi
31.03.2022 - 13:00
DÇ-2022: Qrup mərhələsinin səbətləri müəyyənləşdi

DÇ-2022-nin qrup mərhələsinin səbətləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, FİFA reytinqinə əsasən sabah keçiriləcək püşkatma mərasimində yığmaların hansı səbətdə yer alacağına aydınlıq gəlib.

Püşkatma öncəsi komandalar 4 səbətə bölünüb. Mundialın ən yüksək reytinqli 7 komandası və meydan sahibi Qətər 1-ci səbətə daxil edilib. Onlar B-H qruplarına bölünəcək. A qrupunun birincisi Qətər olacaq. Reytinqdə 8-15-ci olanlar ikinci, 16-23-cü olanlar 3-cü səbətə daxil edilib. Ən aşağı reytinqli 5 komanda sonuncu səbətdədir. Qeyri-müəyyən olan pley-offun qalibləri də axırıncı səbətə salınıb.

Səbətlər belədir:
1-ci səbət: Qətər (A qrupu), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya
2-ci səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, İsveçrə, Uruqvay, Xorvatiya
3-cü səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis
4-cü səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, Ukrayna/Şotlandiya/Uels, Avstraliya/BƏƏ/Peru, Yeni Zelandiya/Kosta-Rika

Sabah Dohadakı Sərgi-Konfrans Mərkəzində baş tutacaq püşkatma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu dəfə püşk seçmə mərhələ yekunlaşmamış atılacaq. Tədbirdə 32 komanda 8 qrupa bölünməli olsa da, iştirakçılardan yalnız 29-u bilinir. Digər 3 yer isə pley-offların qaliblərinə veriləcək.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

0