Elmar Baxşıyev: "Mövsümdə ən zəif oyunumuzu keçirdik"
18.03.2022 - 21:43
Elmar Baxşıyev: "Mövsümdə ən zəif oyunumuzu keçirdik"

“Çətin oyun olacağını bilirdik. Oyun barədə çox danışmaq istəmirəm".

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XX turunda “Neftçi”yə 0:4 hesabı ilə məğlub olduqları matçdan sonra deyib.

Baxşıyev oyundan sonra mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Bu mövsüm, bəlkə də, ən zəif oyunumuzu keçirdik. İnanıram ki, qarşıdakı matçlarda məzmunlu "Qəbələ" görə biləcəyik. Hər oyun digərindən fərqlənir. Komandama inanıram. Əsas futbolçuların düzgün yanaşmasıdır ki, nəticəyə gəlib çıxasan. Əlbəttə, sıxıntılarımız olur. Amma bunu bugünkü matçla bağlamazdım".

O, buraxılan ilk iki qolda bəxtsizlik yaşadıqlarını söyləyib: "Birinci qolu standart vəziyyətdən buraxdıq, ikinci top da səhvdən oldu. Belə vəziyyətdə toparlanmaq çətin olur. Hansısa futbolçunu səhvə görə kəsib atmaq olmur. Qapıçımız Nicat Mehbalıyev səhv etsə də, bunu şişirməyə ehtiyac yoxdur. Onun toparlanacağına inanıram. Mənim də səhvim olur". 

0