FIFA prezidenti Canni İnfantino dünya çempionatının iki ildən bir keçirilməsi ideyası barədə danışıb.
Apasport.az saytının məlumatına görə, o, qurumun 72-ci Konqresində bu variantın müzakirə olunmadığını söyləyib.
Maraqlıdır ki, dəfələrlə bu ideyanı dəstəkləyən İnfantino bu dəfə təklifin FIFA-dan gəlmədiyini deyib: “FIFA dünya çempionatının iki ildən bir keçirilməsini təklif etməyib. FIFA Konqresinin son iclasında rəhbərlikdən belə bir formatın həyata keçirilmə ehtimalı öyrənilmək istənilib. Bu təşəbbüs Arsen Vengerin başçılıq etdiyi heyətdən gəldi”.
Qeyd edək ki, növbəti dünya çempionatı bu il Qətərdə keçiriləcək.