DÇ-2022-yə vəsiqə qazanan İranı İtaliyanın əvəzləyəcəyi ilə bağlı şayiələr yayılıb.
Apasport.az saytının məlumatına görə, məsələyə FİFA prezidenti Canni İnfantino da münasibət bildirib.
Qurum başçısı bu deyilənləri cəfəngiyat sayıb: “Xahiş edirəm, gəlin ciddi olaq... Biz dünya çempionatının iki ildən bir keçirilməsini ona görə müzakirə edirik ki, bu turnir inanılmaz emosiyalar gətirir. İtaliya demək olar ki, həmişə iştirak edib. Onların DÇ-2022-də olmamasına görə adam lap ağlamaq istəyir. Digərləri də tez-tez mundiala qatılmaq istəyir. Onlara da daha çox ümid vermək vacibdir”.
Qeyd edək ki, Livanla seçmə oyuna qadın azarkeşlərin buraxılmaması üzündən İranın diskvalifikasiya ediləcəyi barədə söz-söhbət yayılmışdı.