Azərbaycan Premyer Liqasının XII turunda keçirilən “Neftçi” – “Səbail” oyunundan sonra baş verən qalmaqala aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, qonaqların məşqçisi Vüqar Məmməd mətbuat konfransında qapıçıları Kamran Ağayevlə rəqibin müdafiəçisi Mamadu Mbodj arasında yaşanan gərginliyə toxunub.
O, Mbodjun görüşdən sonra Kamrandan üzr istəməli olduğunu söyləyib: “Epizoda yaxın idim. “Neftçi”nin futbolçusu Mamadu Mbodj həmin anda Kamrandan üzr istəməli idi. Çünki ayağını arxa tərəfə qaldırdı, Kamranın qaş nahiyəsində çat əmələ gəldi. Amma həm gülümsədi, həm də dönüb getdi".
Qeyd edək ki, oyun “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.