Bu həftə keçiriləcək VI turun oyunlarından sonra Azərbaycan Premyer Liqasında fasilə yaranacaq.
Apasport.az saytının məlumatlına görə, milli komandaların görüşləri ilə əlaqədar yaranacaq fasilə bəzi futbolçular üçün daha uzun ola bilər.
I dövrənin sonuncu – VII turu oktyabrın 16-17-də baş tutacaq. Lakin 6 futbolçu üçün fasilədən daha gec qayıtmaq təhlükəsi ilə üz-üzədir.
Söhbət artıq üç sarı vərəqəsi olan oyunçulardan gedir. Bu həftə alınacaq xəbərdarlıq onlar üçün mövsümdə 4-cü olacaq və cəzalı duruma salacaq.
Dövrəni erkən bitirmək və daha uzun fasiləyə yollanmağa 6 oyunçu namizəddir. Onlar müxtəlif klubları təmsil edir.
Filip Ozobiç (“Qarabağ”) və Yurgen Qoxa hələ ötən turdan risk altında idi. Mamadu Kane (“Neftçi”), Stefan Vukçeviç (“Qəbələ”), Amin Seydiyev (“Sabah”) və Georgi Stoilov (“Zirə”) ötən tur 3-cü sarı vərəqəsini alıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər