Rəşad Sadıqov: "Ürəyimdən keçən heç-heçə idi"
14.03.2022 - 13:15
Rəşad Sadıqov: "Ürəyimdən keçən heç-heçə idi"

“Qəribə oyun alındı. Görüş bir sutka idi bitmirdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XIX turunda “Qəbələ” ilə qolsuz bərabərə qaldıqları oyun barədə danışarkən deyib.

O, Qəbələdə güclü qar yağması səbəbindən dünən 65-ci dəqiqədə dayandırılan və qalan 25 dəqiqəsi bu gün baş tutan görüşdən sonra komandasının çıxışını dəyərləndirib: “Dünən əlverişsiz hava şəraitinə görə oyun ikinci hissədə dayandırıldı. Belə məqamlarda komandanı tonusda, konsentrasiyada saxlamaq çox çətindir. Hər iki komandanın futbolçularını təbrik etmək istəyirəm. Açığı, ürəyimdən keçən o idi ki, heç-heçə bitsin. Futbolçuların əziyyətinə heyfim gəlirdi, kiminsə bu gün məğlub olmasını istəmirdim. Dünənki hava şəraiti çox ağır idi. Uşaqlar yaxşı mübarizə apardılar. Hər iki tərəfin istər dünən, istərsə də bu gün qol epizodları oldu. Elə ədalətli nəticə heç-heçə idi”.

Qeyd edək ki, “Zirə” növbəti turda martın 19-da “Qarabağ”ı qəbul edəcək.