Skaloni: “Mundial Argentinanın finalda iştirakı ilə başa çatacaq”
02.04.2022 - 12:23
Skaloni: “Mundial Argentinanın finalda iştirakı ilə başa çatacaq”

“Dünya çempionatından həzz almaq lazımdır”.

Apasport.az saytının məlumatına görə, bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni deyib.

DÇ-2022-nin püşkatmasını dəyərləndirən argentinalı mütəxəssis çətin qrupa düşdüklərini söyləyib. Skaloni qarşılarına qoyduqları hədəfi də açıqlayıb: “Yaxşı komandamız var, oyunçularıma inanıram. Rəqibimizdən nə şikayət edə, nə də qane ola bilərik. Meksika bildiyimiz rəqibdir. Polşa pley-offda İsveçi məğlub etdi. Səudiyyə Ərəbistanı da yaxşı nəticələrlə final mərhələsinə vəsiqə qazandı. Bütün rəqiblərimizə hörmət edirik, çətin qrupdur. Ümid edirəm ki, mundial Argentinanın finalda iştirakı ilə başa çatacaq”.

Qeyd edək ki, Argentina yığması C qrupunda Meksika, Polşa və Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.