Bu gün futzal üzrə Yüksək Liqada 2021-22 mövsümünə start verilib.
Apasport.az saytnın məlumatına görə, əvvəlcə dövlət himni səsləndirilib, ardından Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Açılış turunda “Araz-Naxçıvan” əzmkar qələbə qazanıbsa, “Neftçi” EKOL-a böyük hesabla uduzub.
İki debütant komandanın duelində isə U-19 “Xilə”yə yenilib.
Yüksək Liqa
I tur
1 oktyabr
U-19 – Xilə - 4:6
Qollar: Nurlan Məmmədov, 03:48, 33:31, Xəzər Ağalızadə, 08:05, Fuad Məmmədzadə, 38:43 - Tofiq Əliyev, 11:25, 24:41, 26:28, Fərid Səmədzadə, 26:50, Nahid Zülfüqarov, 32:02, Tural Lətifov, 34:36
Alyans (Lənkəran) – Baku Fire - 8:10
Qollar: Rüstəm Bağırzadə, 8:32, 35:10, 39:48, Oktay Rüstəmli, 15:41, 38:07, Nurlan Fərəcli, 16:05, 27:50, 28:12 - Elşən İbrahimxəlilov, 9:12, Hüseyn Qarayev, 11:35, Renat Sultanov, 12:47, Amil Əlimirzəyev, 16:21, İbrahim Zeynalov, 23:50, Rasif Səfiyarov, 26:48, 31:21, Elvin Quliyev, 28:24, 37:08, Elgün Rzayev, 35:01
Record club.az – Araz-Naxçıvan - 2:4
Qollar: Matin Qahremani, 6:19, Alireza Bohlouli, 30:05 - Ramiz Çovdarov, 10:20, 35:40, Maneka, 28:16, 34:16
Neftçi İK – EKOL - 2:9
Qollar: Məhəmməd Bədəlbəyli, 32:26, Vahib Xocayev, 33:16 - Namiq Məmmədkərimov, 1:53, 22:20, Faiq Əliyev, 8:22, 13:58, Fərid Atakişiyev, 11:41, 24:34, 31:03, Tofiq Mikayılov, 27:09, Samir Həmzəyev, 32:09
Qeyd edək ki, II turun oyunları oktyabrın 8-də keçiriləcək.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər