Futbolçular baş məşqçidən narazıdır - "Barselona"da
27.01.2020 - 15:17
"Barselona" futbolçuları yeni baş məşqçi Kike Setyenin fəaliyyətindən məmnun deyillər.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun oyunçuları çalışdırıcının tətbiq etməyə çalışdığı yeniliklərdən narazıdırlar.
Bildirilir ki, Setyen oyun fəlsəfəsini futbolçulara başa salmaq üçün çox vaxt sərf edir. Xüsusən də, 3-lü mərkəz müdafiəçi taktikasına üstünlük verməsi narazılıqla qarşılanır.
Qeyd edək ki, bir müddət əvvəl Ernesto Valverdeni əvəzləyən Kike Setyenin rəhbərliyi altında "Barselona" La Liqada keçirdiyi 2 oyunun 1-də qələbə qazanıb, 1-də məğlub olub.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0