Luis Enrike "Barselona"ya dönüşü barədə: Qapı həmişə açıqdır
28.03.2020 - 00:07
Luis Enrike "Barselona"ya dönüşü barədə: Qapı həmişə açıqdır

İspaniya millisinin baş məşqçisi Luis Enrike "Barselona"ya qayıdacağı ilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, mümkün dönüşü şərh edən təcrübəli mütəxəssis bunu təkzib etməyib.

49 yaşlı çalışdırıcı bildirib ki, "Barselona"nı çalışdırdığı üçün şanslıdır: "İşlədiyim istənilən yerdə məşq edə bilərəm. O ki qaldı "Barselona"ya dönüşümə, qapını həmişə açıq saxlamışam. "Barselona"dakı illərim əla idi və buna görə həmişə minnətdaram. Bu illəri mənə hər şeyi verən klubda keçirdiyim üçün çox şanslıyam".

Qeyd edək ki, Luis Enrike 2014-2017-ci illərdə "Barselona"nı çalışdırıb. O, həmçinin "Selta" və "Roma"da da işləyib.