Özünə klub tapdı – millinin sabiq hücumçusu
18.10.2020 - 20:55
Özünə klub tapdı – millinin sabiq hücumçusu

İngiltərə millisinin sabiq futbolçusu Denni Uelbekin yeni klubu bəlli olub.
 
Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu “Brayton”a keçib.
 
O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Bunadək klubsuz olan hücumçu yeni komandasına azad agent kimi qoşulub.
 
Qeyd edək ki, vaxtilə “Mançester Yunayted” və “Arsenal”da oynamış Uelbekin son klubu “Uotford” olub.
 

0