Türkiyə Super Liqasının yeni təmsilçisi "Çorum FK" heyətini Lusiano Rodriqeslə gücləndirməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Çorum təmsilçisi Səudiyyə Ərəbistanının NEOM klubunda çıxış edən uruqvaylı hücumçu ilə razılıq əldə edib.
NEOM Lusiano Rodriqesi ötən mövsümün əvvəlində 20 milyon avro qarşılığında heyətinə qatmışdı. 23 yaşlı futbolçu geridə qalan mövsümdə 31 oyunda meydana çıxaraq 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Lusiano Rodriqesin NEOM-la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!