Madrid "Real"ı fransalı yarımmüdafiəçi Orelyen Çuameni ilə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə 2031-ci ilin iyun ayınadək nəzərdə tutulan yeni müqavilə imzalanıb.
Baş məşqçi Joze Mourinyonun Çuameni və Federiko Valverdenin komandada qalmasını israrla istədiyi bildirilir. Klub rəhbərliyi də bu istəyi nəzərə alaraq fransalı futbolçu ilə yeni müqavilə bağlayıb.
İnsayder Fabritsio Romanonun məlumatına görə, yaxın vaxtlarda "Real"ın daha bir neçə futbolçusu ilə də yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, Orelyen Çuameni 2022-ci ildən Madrid “Real”ının formasını geyinir. Fransa millisinin üzvü olan yarımmüdafiəçi komanda ilə Çempionlar Liqası, La Liqa və UEFA Superkubokunun qalibi olub.
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq