Danimarka millisinin kapitanı karyerasını bitirib
13.01.2025 - 13:57
Danimarka millisinin kapitanı karyerasını bitirib

Yayda "Milan"ı tərk edən Simon Kyaer futbolçu karyerasını bitirib. 

Apasport.az xəbər verir ki, bu barədə futbolçunun özü açıqlama yayıb. 

Danimarka millisinin sabiq kapitanı Kyaer 35 yaşında peşəkar futboldan ayrılıb.

O, "Palermo", "Roma", "Atalanta", "Milan", "Volfsburq", "Lill", "Fənərbaxça" və "Sevilya" klublarının formasını geyinib. O, Kristian Eriksendən sonra millidə ən çox oyun keçirən 2-ci futbolçu olub. 

 

0