Xorvatiya millisinin kapitanı Luka Modriç DÇ-2022-nin favoritini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, “Real”ın yarımmüdafiəçisinin fikrincə, Qətərdəki dünya çempionatında Argentina yığması iddialı olacaq.
Modriç hesab edir ki, Cənubi Amerika təmsilçisinin ən böyük üstünlüyü Lionel Messiyə sahib olmasıdır: “Mənim favoritim Argentinadır. Onların indi əla komandası var, bir neçə il əvvəlkindən daha güclüdür. Bir-birinə sıx bağlı olan oyunçulara malikdirlər. Üstəlik, Messi hələ də Argentina millisində oynayır. Heyətində belə oyunçu olduğu müddətdə daim ən yüksək yerlərə iddialı olacaqlar”.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu