DÇ 2026: Almaniyanın heyətində dəyişiklik
06.06.2026 - 15:14
DÇ 2026: Almaniyanın heyətində dəyişiklik

Almaniya milli komandasının DÇ-2026 heyətində dəyişiklik edilib.

Apasport.az xəbər verir ki, Lennart Karl heyətdən kənarlaşdırılıb. "Bavariya"nın yarımmüdafiəçisi zədə səbəbindən mundialda iştirak edə bilməyəcək.

Karlın əvəzinə almanların heyətinə "Leyptsiq"in 20 yaşlı futbolçusu Assan Uedraoqo daxil edilib.

Qeyd edək ki, Yulian Naqelsmanın rəhbərlik etdiyi Almaniya yığması dünya çempionatının final mərhələsinin E qrupunda Kürasao, Fil Dişi Sahili və Ekvadorla mübarizə aparacaq.