DÇ-də vuvuzela səsi olmayacaq – FIFA məşhur aləti qadağan etdi
05.06.2026 - 14:00
DÇ-də vuvuzela səsi olmayacaq – FIFA məşhur aləti qadağan etdi

FIFA 2026-cı il dünya çempionatı ilə bağlı yeni qadağa tətbiq edib.

Apasport.az xəbər verir ki, mundial oyunlarının keçiriləcəyi stadionlara vuvuzela ilə daxil olmaq mümkün olmayacaq.

Qurum vuvuzelaları qadağan olunan əşyalar siyahısına daxil edib. Bu alətlər hava siqnalları və digər yüksək səsli vasitələrlə eyni kateqoriyada göstərilib.

Beləliklə, 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatının əsas simvollarından birinə çevrilən vuvuzelalar bu dəfə stadionlarda səslənməyəcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Turnir iyunun 11-dən iyulun 19-dək keçiriləcək.