Belçika millisinin futbolçusu Kevin de Bruynenin aldığı təkliflərin şərtləri bəlli olub.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçini heyətinə qatmağa əsas namizəd “İnter Mayami” sayılsa da, 33 yaşlı futbolçu Səudiyyə Ərəbistanından cəlbedici təklif alıb.
Yayda “Mançester Siti”dən ayrılacaq yarımmüdafiəçi aşağı liqa təmsilçisi “Neom”un hədəfindədir. Ərəblər Kevinə ildə 24 milyon avro maaş təklif edib və tərəflər danışıqlar aparırlar.
“İnter Mayami” də futbolçudan yekun qərarı gözləyir. ABŞ təmsilçisi ona 2+3 illik müqavilə təklif edib.
Qeyd edək ki, Kevin Mançester təmsilçisi ilə bu yay başa çatacaq müqaviləsini uzatmayacağını açıqlayıb.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab