De Xeanın arzusu
18.02.2024 - 18:47
De Xeanın arzusu

David De Xea İngiltərə Premyer Liqasına qayıtmaq istəmir.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted"in sabiq qapıçısı karyerasını İspaniyada davam etdirmək arzusundadır.

33 yaşlı qolkiper hazırda azad agentdir. Karyerasını vətənində tamamlamağı planlaşdıran De Xea bu səbəbdən Premyer Liqa və Səudiyyə Ərəbistanı klublarından gələn təklifləri rədd edib. O yayda yerli bir komandanın çərçivəsini qoruya biləcəyinə ümid edir. 
İddialara görə, veteran qapıçı hazırda La Liqanın bir neçə klubu ilə danışıqlar aparır.

0