De Yonqla Halandın ev “davası”
05.07.2022 - 00:00
De Yonqla Halandın ev “davası”

“Mançester Siti”nin yeni transferi Erlinq Halandla “Mançester Yunayted”ə keçməsi gözlənilən “Barselona”nın oyunçusu Frenki de Yonq eyni evə göz dikib.

Apasport.az saytının məlumatına görə, hər iki ulduz futbolçu “Mançester Yunayted”in sabiq baş məşqçisi Ole Qunnar Sulşerin ekolojik evində qalmaq arzusundadır.

“Mançester Yunayted”dən ayrıldıqdan sonra şəhəri tərk edən Sulşer orada yaşamadığından, evini kirayə verməyin əleyhinə deyil. De Yonqun nümayəndələri bununla bağlı artıq norveçli mütəxəssislə təmasa keçib. Ancaq məşqçi ilk seçiminin “Mançester Siti”dəki həmyerlisi Haland olacağını bildirib.

Qeyd edək ki, Ole Qunnar Sulşer 2007-ci ildə aldığı evi sökdürərək, yerində şüşə və ağacdan hazırlanmış, günəş panelləri ilə təchiz olunmuş ekoloji ev tikdirib.

0