"Beşiktaş" Türkiyə Super Liqasının 15-ci turunda doğma meydanda "Fənərbaxça"nı qəbul edəcək.
Apasport.az xəbər verir ki, "qara qartallar" İstanbul derbisinə ciddi itkilərlə çıxacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Beşiktaş"ın müdafiə xəttində problemlər var. Daha əvvəldən Necip Uysal və Qabriel Paulista sıradan çıxıb. Hər iki mərkəz müdafiəçisi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Derbi öncəsi digər mərkəz müdafiəçisi Feliks Uduoxay da zədələnib. 27 yaşlı almaniyalı futbolçu vacib matçda komandaya kömək edə bilməyəcək. Müdafiənin mərkəzində Tayyip Talha Sanuçla Emirhan Topçunun yer alacağı gözlənilir.
"Beşiktaş" Feliks Uduoxayı mövsümün əvvəlində "Auqsburq"dan icarəyə götürüb. Təcrübəli oyunçu komandanın heyətində 15 rəsmi meydana çıxıb.
Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”