Dibala "Roma" ilə danışıqlar aparır
26.04.2024 - 18:18
Dibala "Roma" ilə danışıqlar aparır

Hücumçu Paulo Dibala "Roma" ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.

Apasport.az xəbər verir ki, bu barədə məşhur jurnalist Rudi Qaletti sosial şəbəkələrdə məlumat verib.

Dibalanın hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. 30 yaşlı argentinalıya "Barselona" və "Çelsi" də maraq göstərir, lakin oyunçunun prioriteti "Roma"da oynamağa davam etməkdir.

2023/2024 mövsümündə Paulo Dibala 34 rəsmi oyun keçirib, 15 qol vurub və 10 məhsuldar ötürmə edib. 

0