[b]Dmitri Nazarovdan het-trik [/b]
28.06.2018 - 12:44
[b]Dmitri Nazarovdan het-trik

[/b]

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun komandası “Aue” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, II Bundesliqa təmsilçisi aşağı liqa klubu “Limbax-Oberfrona” ilə qarşılaşıb.

 

“Aue” zəif rəqibini darmadağın edib. Komandanın rəqib qapısından 17 cavabsız top keçirdiyi qarşılaşmada Nazarov het-trikə imza atıb və ən çox qol vuran oyunçu olub.

 

“Aue” matçı iki fərqli heyətlə keçirib.